Saakaşvilidən qorxunc proqnoz: Ukraynanı 5 yerə böləcəklər
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın dağıla biləcəyini və 5 yeni ölkənin yaranma planının olduğunu açıqlayıb.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Saakaşvili qeyd edib ki, Ukrayna hökuməti ölkənin siyasi sistemini ərazi bütövlüyü və suverenliyinə xələl gətirməyən bir şəkildə düzəltməlidir: “Oğruların fikrincə separatizm olacaq. Ukrayna həqiqətən parçalana bilər. Ölkənin müxtəlif yerlərində yerli oliqarxlar öz ordularını qurublar. Onlar Ukraynanı beş ölkəyə çevirmək üçün plan hazırlayırlar".
Qeyd edək ki, 2004-2013-cü illər ərzində Mixail Saakaşvili ardıcıl iki müddət Gürcüstan prezidenti vəzifəsini icra edib. 2015-ci ildə Ukraynanın qubernatoru seçildikdən sonra onun Gürcüstan vətəndaşlığı ləğv edilib.
2017-ci ildə Saakaşvilinin Ukrayna pasportu müsadirə edilib və ölkədən deportasiya olunub. Vladimir Zelenski 2019-cu ildə prezident seçildikdən sonra Saakaşvilinin Ukrayna vətəndaşlığının ləğv edilməsi barədə qərarının ləğv edib. (Baku.ws)