Oqtay Əsədovun biznesi: restoran, tikinti, qiymətli metallar, mebel və daha nələr- ARAŞDIRMA




Araşdımaçı jurnalist Cavanşir Həsənli Milli Məclisin spikeri, hazırda 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd Oqtay Əsədovun biznes şəbəkəsinə daxil olan şirkətlərlə bağlı məlumat paylaşıb. AFN həmin məlumatı təqdim edir:



1. "ARIZARUM GRUPP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "АРИЗАРУМ ГРУПП") 1998-ci il yanvarın 14-də 10 min rubl nizamnamə kapitalı ilə Rusiya paytaxtında Bakinskaya 29 ünvanında Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Adil qızının adına rəsmiləşdirilib. Şirkət restoran biznesini əhatə edir, 2018-ci il maliyyə hesabatına görə gəliri 13 984 000,00 rubl təşkil edib. Moskvadakı məşhur "KAPRİZ" gecə klubu bu şirkətə aiddir. Şirkətin baş direktoru Larisa Nazarovadır.

2. "KASMET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "КАСМЕТ") 2005-ci ilin iyunun 2-də Həştərxanda 10 min rubl nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin pay bölgüsü üzrə hissələtin 34 faizi Əsədov Namiq Oqtay oğluna aid olub. Şirkətə qiymətli metalların (o cümlədən qızıl), daşların işlənməsi, emalı ilə məşğul olmaq üçün lisenziya verilib. Şirkət 2018-ci ilin aprelində ləğv edilib.

3. "GEO STRETCHEN" LTD (შპს ჯეო სტრაქშენ) 2015-ci noyabrın 15-də Tiflis, Didgori bölgesi, S.Tavkisi ünvanında 454410236 saylı lisenziya ilə hüquqi qeydiyyata alınıb. Şirkətin 37.5 faizi Namiq Əsədovun, 25 faizi Lyama Abbasbəylinin, 37.5 faizi isə Gürcüstan vətəndaşı Gia Akhobadzeyə aiddir.

4. "AZİTAL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2006-cı ilin iyununda Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 20 manat nizamnamə kapitalı ilə Oqtay Əsədovun qardaşı Əsədov Nazim Sabir oğlunun adına qeydiyyatdan keçirilib. Eyni adda mebel fabriki fəaliyyət göstərir.

5. AZƏR-İNŞAAT-2017 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2017-ci ilin oktyabrında qeydiyyatdan keçirilib. Şirkət tikinti biznesi ilə məşğuldur. Qanuni təmsilçisi Əsədov İlham Sabir oğludur.

6. OPTİMA-AZ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2008-ci ilin noyabrında 2 saylı Ərazi Baş Vergilər İdarəsində qeydiyyatdan keçib, qanuni təmsilçisi Oqtay Əsədovun qardaşı oğlu Rəşad Nazim oğlu Əsədovdur. Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında hüquqi qeydiyyatdadır. Şirə və suların istehsalı ilə məşğuldur. Kimyəvi qatqıları əsasən Peterburqdakı şirkətlərdən birindən ( ООО КОМБИНАТ ХИМИКО-ПИЩЕВОЙ АРОМАТИКИ) əldə edir.

7. ELSU MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin yanvarında 50 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib, qanuni təmsilçisi spikerin qardaşı oğlu Rəşad Əsədovdur. Mineral su istehsalı ilə məşğuldur. Milli Məclisdə süfrələrin "bəzəyi"dir.

8. BUTA STONE MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2012-ci ilin avqustunda Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. Qanuni təmsilçisi Oqtay Əsədovun oğlu Namiq Əsədovdur. Hüquqi ünvanı Nizami rayonu Bəkir Çobanzadə küçəsi ev 73-dür. Tikinti sahəsində fəaliyyət göstərir, bahalı kafel, melax, üzlük daşların idxalı və satışı sahəsində ixtisaslaşıb. Şirkətin ofisi Babək prospektindəki Babək Plaza Biznes Mərkəzində yerləşir.

9. AZMECO İNŞAAT MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ildə qeydiyyatdan keçib, qanuni təmsilçisi Əsədov Namiq Oqtay oğludur. Bu şirkət də tikinti sahəsində fəaliyyət göstərir, hüquqi ünvanı Yasamal rayonu, Abdulla Şaiq küçəsi 13-dür.

10. AZMECO GREEN HOUSES MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü ilin iyununda Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 1000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib, qanuni təmsilçisi Namiq Oqtay oğlu Əsədovdur. Park və villaların tikintisi ilə məşğuldur. 2015-ci ildə Beynəlxalq Bank qalmaqalına görə həbs edilmiş işadamı, Metanol zavodunun sahibi (AzMeCo) əsas tərədaşlarlndan olub.

11. BRAVOİL EOOD (MMC) Bolqarıstanda fəaliyyət göstrir, təsisçisi Rəşad Əsədovdur.

12. ARAŞ MEDİCAL MMC-nin təsiçisi Cavid Əsədovun Oqtay Əsədovun qardaşı oğlu olması barədə iddialar dekabrda Milli Məclisin yaydığı açıqlamada təkzib olunub. Bundan bir qədər əvvəl isə yəni ötən ilin sentyabrında Vergilər Nazirliyinin reyestr məlumatlarında bu şirkətin qanuni təmsilçisi ilə bağlı dəyişikliklər edilib.
Hələlik bu qədər...


























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu