"Qarabağ"ın ən bahalı futbolçuları müəyyənləşdi - SİYAHI




Azərbaycan çempionu "Qarabağ"ın ən bahalı futbolçusu müəyyənləşib.



Qaynarinfo "Transfermarkt"a istinadən xəbər verir ki, Ağdam klubunun ən dəyərli oyunçusu Abdullah Zubirdi. Mərakeş əsilli futbolçuya 1 milyon 600 min avro qiymət qoyulub. O, ötən siyahı ilə müqayisədə dəyərini 100 çin avro artırıb.

"Qarabağ"ın ən bahalı oyunçuları siyahısında 2-3-cü yerləri Flip Ozobiçlə Maksim Medvedev tutur. Onların transfer qiyməti 1 milyon 300 min avrodu. Ozobiçin transfer dəyəri 200 min avro azalıbsa, Medvedev qiymətini sabit saxlayıb.

Növbəti yerləri millimizin üzvləri - Bədavi Hüseynov və Mahir Emreli tutur - 1 milyon 200 min avro. Hər iki futbolçunun transfer qiyməti sabit qalıb.

6-7-ci yerlərdə isə Aylton Silva və Qara Qarayev qərarlaşıb. Onlara 1 milyon 100 min avro qiymət qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu