PSJ Mbappeni onunla əvəzləyəcək


Fransa çempionu PSJ-nin rəhbərliyi 25 yaşlı fransalı hücumçu Kilian Mbappenin gedişinə hazırlaşır və onun yerinə oyunçu axtarır.



ESPN xəbər verir ki, PSJ yayda İtaliyanın "Milan"ının və Portuqaliya millisinin hücumçusu Rafael Leonu almağa çalışacaq.

Onun "Milan"la müqaviləsi 2028-ci ilin iyununa qədərdir. Transfermarkt Leaonun transfer dəyərini 90 milyon avro olaraq qiymətləndirib.

Mbappenin PSJ ilə müqaviləsi bu mövsümün sonunda bitir. Onun "Real Madrid"ə transfer olunacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu