"Mançester Siti" Mbappeni transfer etmək istəyir


"Mançester Siti" Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappeni transfer etmək və forvardın "Real Madrid"ə transfer sövdələşməsini pozmaq istəyir.



Bu barədə Bola Sport xəbər verib.

Qeyd olunur ki, futbolçu Madrid komandasına keçərkən maaşının xeyli azalmasından narazı qala bilər. Mənbənin sözlərinə görə, bu, britaniyalılarla danışıqlar prosesinə müsbət təsir edə bilər.

Fevralın 15-də Mbappenin PSJ rəhbərliyinə yayda klubdan gedəcəyini xəbərdar etdiyi məlum olub. Forvardın parislilərin prezidenti Nasser Al-Xelaifi ilə danışdığı və qərarını ona çatdırdığı vurğulanıb.

Fevralın 3-də Mbappenin 2024-cü ilin yayında PSJ-dən Real Madridə keçəcəyi xəbəri yayılmışdı. Sonradan məlumat ortaya çıxdı ki, müqavilənin razılaşdırılmasında çətinliklər üzündən sövdələşmə pozula bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu