Çindən gətirilən qida məhsullarına məhdudiyyət qoyuldu
"Agentlik səlahiyyətləri çərçivəsində hər hansı yayılan bilən xəstəliklərin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib"
AFN xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasında keçirdiyi brifinqdə deyib:
"Hazırda ciddi profilaktik tədbirlər görülür. Artıq Çindən ölkəyə müvafiq qida məhsulların idxalına məhdudiyyət qoyulub. Agentlik respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı vətəndaşların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Bununla bağlı vətəndaşlara və sahibkarlara çoxsaylı müraciətlər olunub. Xüsusilə idxalçı sahibkarlara bəyan edilib ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir".