İsrailin yeni səfiri ETSN-də olub




Ekologiya və Təbii Sərvətlər Nazirliyində İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası və İsrail Dövləti arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu