Bakının mərkəzində avtobus piyadanı vurub öldürdü




Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


AFN “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində, Dəniz Vağzalının qarşısında qeydə alınıb.

Belə ki, Niftulla Atabalayevin idarə etdiyi “Hyundai Aero Express” markalı avtobus hələlik kimliyi məlum olmayan piyadanı vurub. Nəticədə piyada hadisə yerindəcə ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu