DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - İcra başçısı həbs edildi (YENİLƏNİB)




Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

AFN xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlı dörd cip gəlib.

***

DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.

****

Unikal.org saytının məlumatına görə, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu