Elçin Quliyev koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə yollandı




Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib.



Bu barədə "Report"un əraziyə ezam olunan əməkdaşı məlumat verib.

E.Quliyev deyib ki, hazırda təhlükəsizlik tədbirləri davam etdirilir: "Azərbaycan ərazisində koronavirus halı müşahidə olunmayıb, bu səbəbdən həyacana və panikaya əsas yoxdur. Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hər şey nəzarət altındadır".

DSX rəisi daha sonra Astara sərhəd-keçid məntəqəsinə yollanıb.

"Report"un əməkdaşı bildirir ki, İranda yaranmış vəziyyətlə bağlı Azərbaycan profilaktik tədbirlərini həyata keçirir. Bu tədbirlərin davamı olaraq Biləsuvar və Astara gömrük-keçid məntəqələrində profilaktika işləri aparılır. İnsanların İrandan Azərbaycana gətirdiyi ərzaq məhsullar 3 gün ərzində xüsusi laboratoriyadan keçirdikdən sonra vətəndaşlara qaytarılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu