İrandan Azərbaycana gələn daha 34 nəfər xəstəxanaya yerləşdirilib
İran İslam Respublikasından Azərbaycana qayıdan daha 34 nəfər xəstəxanaya aparılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.
Onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir.
Bununla da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərin sayı 57 nəfərə çatıb.
Xatırladaq ki, ötən gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər karantin məqsədi ilə xəstəxanaya yerləşdirilib.