Türkiyənin 33 hərbçisi şəhid oldu, çox sayda yaralı var - VİDEO




Türkiyə Silahlı Qüvvələrinin İdlibdə keçirdiyi hərbi əməliyyatları zamanı 33 hərbi qulluqçusu şəhid olub.

BAKU.WS İHA-ya istinadla xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

Vali əlavə edib ki, hava hücumu nəticəsində 29 əsgər şəhid olub. Ağır yaralanan əsgərlərdən 4-ü də sonradan vəfat edib.

"Hal-hazırda 32 yaralı var və deyə bilərəm ki, yaralanan əsgərlərin heç biri üçün həyati təhlükə yoxdur.

Bu yaralıların bütün müalicələri səhiyyə işçilərimiz tərəfindən aparılır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu