Türkiyə İraqda terrorçulara qarşı əməliyyat keçirdi




Türkiyə Silahlı Qüvvələri İraqın şimalında gerçəkləşdirdiyi əməliyyatda 9 PKK terrorçusunu məhv edib.

Bunu ölkənin Milli Müdafiə Nazirliyi açıqlayıb.

Bildirilib ki, İraqın şimalındakı Avaşin bölgəsində 4, Hakurkda 5 nəfər olmaqla ümumilikdə, 9 PKK terrorçusu hava dəstəkli əməliyyatla zərərsizləşdirilib: "Ən son terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam edəcək”.

Xatırladaq ki, Milli Müdafiə Nazirliyi ötən gün də İraqın Kandil bölgəsində PKK terrorçularına qarşı əməliyyat gerçəkləşdirdiyini açıqlamışdı.//“Report”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu