Vitse-spikerdən ilk açıqlama: “Müsahibə verməyi dayandırmışam”
"Mən mətbuata müsahibə verməyi dayandırmışam”.
AFN xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib. İbrahimli bildirib ki, qarşısında qoyulan ciddi məsələlərlə tanış olduqdan sonra mətbuata çıxacaq:
"Hələ yerimdə oturum, işimlə ciddi tanış olum, qarşımda duran ciddi məsələləri dərindən öyrənim sonra. İndi nə desəm, hamısı nəzəriyyədir”.
Qeyd edək ki, martın 10-da Milli Məclisin ilk iclası keçirilib. İclasda səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçilib.