Heydər Əliyev prospektində ölümlə nəticələnən qəza - FOTOLAR




Yaxın dəqiqələrdə Heydər Əliyev prospektində, "Saatlı bina"nın yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Hadisə şahidlərinin AFN-ə verdiyi məlumata görə, ağ rəngli "Mercedes" markalı avtomobillə vurulan ortayaşlı kişi hadisə yerində keçinib. Qəza baş verən yerə təcili tibbi yardım maşını gəlsə də, bədbəxt hadisənin qarşısı alına bilməyib.
Qeyd edək ki, qəza piyadalar üçün keçidin qadağan edildiyi ərazidə baş verib. Şahidlər redaksiyamıza hadisənin fotolarını da göndəriblər. Həmin fotoları təqdim edirik:







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu