Gürcüstan vətəndaşı koronavirusdan öldü
İspaniyada koronavirusa yoluxan Gürcüstan vətəndaşı ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.
O qeyd edib ki, həmin şəxs 74 yaşlı qadın olub və xroniki xəstəlikdən əziyyət çəkib.