Kreditlərlə bağlı təkliflər hazırlanır -
“Kreditlərlə bağlı təkliflər hazırlanır”.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, bununla bağlı İşçi Qrupu yaradılıb və onlara 15 gün vaxt verilib: “Təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim ediləcək, müzakirə edilib qərar qəbul ediləcək. Amma prinsip budur ki, çətin dövrdə dövlət insanların üzərinə düşən yükə şərik olacaq. Amma bunun necə olacağı bəlli deyil. Şərtlər açıqlanacaq”.