“Sınıq Körpü” məntəqəsindən keçid saatı azaldıldı
Gürcüstandan qayıdan Azərbaycan vətəndaşlarının, eləcə də əks tərəfə hərəkət edən Gürcüstan vətəndaşlarının “Sınıq Körpü” sərhəd-keçid məntəqəsindən istifadəsi üçün verilən vaxta dəyişiklik edilib.
Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, dəyişikliyə əsasən, vətəndaşlar sərhəd-keçid məntəqəsindən yalnız saat 10:00-dan 12:00-dək istifadə edə biləcəklər. Daha əvvəl isə verilən vaxt saat 10:00-dan 18:00-dək idi.
Dəyişikliyin yük daşımalarına şamil edilmədiyi bildirilib.