İranda baş verən zəlzələ Azərbaycanda hiss edildi




İranda qeydə alınan zəlzələ Azərbaycanda hiss olunub.

Bu barədə AFN-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən martın 26-da, yerli vaxtla saat 22:41-də İran ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,3, dərinliyi 5 km olan zəlzələ Naxçıvan şəhərinin episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu