Qənirə Paşayeva Tovuzda aztəminatlı insanları tibbi-gigiyenik ləvazimatla təmin edəcək




Gələn həftə Tovuzda 200-dən çox şəhid ailəsi və müharibə əlili, qazi ailələrinə, tənha, yaşlı insanlara millət vəkili Qənirə Paşayevanın təşkilatçılığı ilə koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndəriləcək.



AFN xəbər verir ki, bu məsələdə millət vəkilinə bir sıra dostları dəstək olur: "İmkanı çatan insanları bu məsələdə imkanları zəif olan ailələrə dəstək olmağa çağırırıq. Hər bir imkanı olan şəxs 5-10 belə materialları almağa çətinlik çəkən ailələrə dəstək olsa heç bir şey itirməz. Amma insanlıq adına çox şey qazanar. Cənab Prezidentimizin də vurğuladığı kimi biz birlikdə güclüyük!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu