"İnsanlarımıza daha da çox dəstək göstərməyə çalışırıq" - Qənirə Paşayeva




Millət vəkili Qənirə Paşayeva, Tovuz Rayon İcra Hakimiyyəti, ziyalılar və bir sıra şirkətlər rayon kəndlərində pandemiyadan zərər çəkmiş daha 150-dən çox ailəyə yardım göndərib.



Q.Paşayeva özünün facebook səhifəsində millət vəkili seçildiyi ön cəbhə rayonu olan Tovuz kəndlərində pandemiya səbəbindən ağır vəziyyətə düşən ailələrə dəstək göstərən qurumlara təşəkkürünu bildirib: “Çağırışımızı dəstəkləyərək bizimlə birlikdə ön cəbhə rayonu olan Tovuz rayonunda koronavirus pandemiyasi səbəbindən ailə vəziyyəti çətinləşən 150-dən çox ailəyə yardım göndərən SOCAR şirkətinə, OBA marketlər şəbəkəsinə və tovuzlu iş adamı Teyyub bəyə dərin təşəkkürümü bildirirəm. Yardımlar rayon icra hakimiyyətinin nümayəndələrinin və mənim köməkçimin iştirakı ilə bir-bir ailələrə çatdırılıb. Bu ailələrə yardımla yanaşı koronavirusla mübarizə istiqamətində hər bir vətəndaşın üzərinə düşən vəzifələrə dair maarifləndirici məlumatlar da verilib. Bu günə qədər olduğu kimi, bundan sonra da insanlarımıza dəstək olan hər bir xeyirxah təşəbbüsə dəstəyimizi əsirgəməyəcəyik. Eyni zamanda bu günə qədər Tovuzda pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizə dəstək olan hər bir insanımıza, qurum və təşkilatlarımıza dərin təşəkkürümü bildirirəm". Millət vəkili qeyd edib ki, hər gün icra qurumlarımızla, onlarla sakinlə, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrlə danışır, online görüntülü müzakirə aparır: "Bütün gücümüzlə dəstək olmağa çalışırıq. İmkanları yaxşı olan bir sıra həmyerlilərimizə çağırış edərək onları çətin vəziyyətə düşən ailələrimizə dəstəklə bağlı daha da fəal olmağa, birbaşa sakinlərimizin özlərinə və ya rəsmi təşkilatlarımızın, icra qurumlarımızın nümayəndələri ilə birlikdə insanlarımıza bu yardımlarını çatdırmağa çağırırıq. Bir millət vəkili kimi və rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq da əlimizdən gələn dəstəyi insanlarımıza daha da çox etməyə çalışırıq. Pandemiya başlayan zamandan bu günə qədər hansı rayonumuza dəstək olmasından asılı olmayaraq pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək olaraq Dövlətimizin yanında olan bütün insanlara təşəkkür edirəm. Allah razı olsun! Heydər Əliyev Fondunun bu istiqamətdə aktiv fəaliyyəti hamımız üçün ən gözəl örnəkdir! Cənab Prezidentimizin biz birlikdə güclüyük çağrışına, Heydər Əliyev fondunun pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək aksiyası təşəbbüsünü dəstəkləyərək bundan sonrada var gücümüzlə insanlarımıza dəstək üçün çalışacağıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu