Tovuzda kişini qətlə yetirib su kanalına atdılar - FOTOLAR




Tovuzda tapılmış meyitin şəxsiyyəti məlum olub.



"Report"un Qərb Mərkəzinin məlumatına görə, su arxında tapılan meyit rayon sakini, 1991-ci il təvəllüdlü Elnur Valeh oğlu Mehdiyevə məxsusdur.

Onun bədənində 2 bıçaq yarası aşkarlandığından qətlə yetirilməsi müəyyənləşib.

Qeyd edək ki, E.Mehdiyev əvvəllər bir neçə dəfə həbs olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***11:28

Tovuz rayonunda arxa atılmış kişi meyiti tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, meyit Əhməd Cavad küçəsindəki tikilinin yaxınlığında tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Meytin üzərində zorakılıq əlamətlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu