Birinci rübdə Azərbaycan neftinin orta qiyməti 59 dollar olub




Bu ilin yanvar-mart ayları üzrə Dövlət Neft Fondunun xərcləri illik xərclərin 40 faizi səviyyəsində icra olunub. Xərclərin ilin sonuna kimi mövcud dinamika ilə artması gözlənilirmi?



AFN-ə Fonddan verilən məlumata görə, ARDNF-nin 2020-ci il üzrə büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barel üzrə qiyməti 55 ABŞ dolları səviyyəsində götürülüb və buna uyğun olaraq qurumun gəlirləri 12 milyard 384,1 milyon manat (7 284,8 milyon ABŞ dolları) və xərcləri 11 milyard 589,9 milyon manat (6 817,6 milyon ABŞ dolları) səviyyəsində proqnozlaşdırılıb: “Cari ilin yanvar-mart ayları üzrə neft və qazın satışı ilə bağlı ARDNF-yə ümumilikdə 2 milyard 219 milyon dollar, o cümlədən mənfəət nefti və qazının satışından 1 milyard 763 milyon dollar həcmində vəsait daxil olub və neftin xalis orta qiyməti 59 dollar təşkil edib. Bununla yanaşı, həmin dövr üzrə ARDNF-nin xərcləri 2 milyard 763 milyon dollar ( 4 milyard 697 milyon manat) təşkil edib. Xərclərin cari ilin birinci rübündə çox olması həmin dövr ərzində valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilərək dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər”. Fonddan onu da bildiriblərki, 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır və bu çərçivədə də təxminən 4 milyard dollar həcmində vəsaitin hərraclar vasitəsilə satışa çıxarılacağı gözlənilir.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu