Növbəti ilin dövlət büdcəsində neftin qiyməti 50 dollar proqnozlaşdırılır


Neftin qiymətinin büdcədə ehtiyatlı yanaşma əsasında götürülməsi şəraitində növbəti ildə dövlət büdcəsində neft sektorunun payında cari ilə nisbətən azalma proqnozlaşdırılıb.


AFN.az Hesablama Palatasına istinadla xəbər verir ki, 2023-cü ildə dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları (2022-ci ildə ilkin olaraq 50 ABŞ dolları, dürüstləşmiş büdcədə 85 ABŞ dolları) nisbətində götürülüb. Dövlət büdcəsi gəlirlərinin 16 milyard 297 milyon manatının və ya 53 faizinin neft sektorunun payına düşməsi nəzərdə tutulur. 2023-cü il üzrə nəzərdə tutulan neft sektoru üzrə daxilolmaların 11 milyard 280 milyon manatının Dövlət Neft Fondu transfertlərinin 1 milyard 650 milyon manatın SOCAR tərəfindən ödənilən vergilərin, 492 milyon manatının neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisinin və 2 milyard 875 milyon manatının “Şahdəniz” yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin payına düşəcəyi ehtimal edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu