Qənirə Paşayeva qanvermə aksiyasında iştirak edib - VİDEO




Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın qan köçürülməsinə ehtiyac duyan və qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədilə çağırışına və TƏBİB rəhbərliyinin bu məzmunda çıxışına cavab olaraq, millət vəkili Qənirə Paşayeva Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirilmiş qanvermə aksiyasında iştirak edib.



O, hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə qan verib. Millət vəkili bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu təşəbbüs və çağırışı dünyada koronaviorus pandemiyasının geniş yayıldığı bir dövrdə olduqca önəmli və zəruridir. Belə çətin məqamlarda vətəndaşlar belə nəcib və humanist aksiyada iştirak etməklə, neçə-neçə həyatı xilas etmiş olacaqlar. Odur ki, millət vəkili koornavirus pandemiyası dövründə qaydalara uyğun olaraq, çölə çıxma icazəsi olan vətəndaşlara çağırış edib və onların bu humanist aksiyada fəal olmalarını xahiş edib.

#könüllüdonorolhəyatxilaset #qanverhəyatxilaset




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu