Almaniya kəşfiyyatı: Çin pandemiya fonunda təbliğatı gücləndirir




Çin SARS-CoV-2-nin ortaya çıxdığı ölkə rolunu mübahisələndirməyə və özündə böhranın öhdəsindən gəlmiş və Qərbə yardım əlini uzadan ölkə obrazını yaratmağa çalışır.

Bunu “Welt am Sonntag” nəşri yazıb.

Məlumata görə, Almaniyanın Konstitusiya Mühafizəsi üzrə Federal Xidməti rəsmi Pekinin pandemiya dövründə koronavirus ətrafında təbliğatı gücləndirdiyini açıqlayıb.

Çinin xüsusi xidmət orqanlarının ümumiyyətlə yüksək aktivlik göstərdiyi bildirilir. Nəşrin məlumatına görə, bura həm də almaniyalı siyasətçiləri “lobbiçi” olaraq cəlbetmə cəhdləri də daxildir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 854 000-i ötüb. Bunların 427 880 nəfəri sağalıb, 114 291 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.//“Report”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu