Hindistanda koronavirusa yoluxanların sayı 13 mini ötdü
Hindistanda ötən sutka ərzində 1 000-dən çox insanda koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.
Bildirilib ki, ölkədə qeydə alınan yoluxmaların sayı 13 387-yə çatıb. Onlardan 11 201 nəfər aktiv xəstədir, 1 748 nəfər sağalıb, 437 və ölkəni sonradan tərk etmiş 1 nəfər isə virusdan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 183 000-i ötüb. Bunların 552 771 nəfəri sağalıb, 146 872 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.