Ukraynada koronavirusa yoluxanların sayı 9 000-i ötdü




Ukraynada daha 392 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı 9009-a çatıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 11 nəfər artaraq 220 nəfərə yüksəlib.

İndiyədək 864 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 995 000-i ötüb. Bunların 881 528 nəfəri sağalıb, 207 009 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu