Ukraynada koronavirusa yoluxanların sayı 11 minə yaxınlaşır
Ukraynada daha 455 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı 10 861-ya çatıb.
Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 11 nəfər artaraq 272 nəfərə yüksəlib.
İndiyədək 1 413 nəfər koronavirusdan sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 310 000-i ötüb. Bunların 1 043 245 nəfəri sağalıb, 234 143 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.