Deputatlar 200-ə yaxın dəyişikliyi qəbul ediblər




Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə 200-ə yaxın dəyişiklik birinci oxunuşda qəbul edilib.

Layihədə 35 cinayətin dekriminallaşdırılması təklif olunb. Həmçinin 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır. 30 cinayətə görə sanksiyalara azadlıqdan məhrumetməyə alternativ cəzalar - cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması daxil edilir.

60 cinayətə görə cərimə və ya azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur. Dəyişikliklərə görə, məhkəmə şərti məhkumluğu ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad edə biləcək. Hərbi xidmət əleyhinə olan cinayətlərə görə müəyyən edilən cəzalar yüngülləşdirilir. Təklifə görə, Cinayət Məcəlləsində dekriminallaşdırılan əməllərə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən ediləcək.

Səsvermə nəticəsində deputatlar dəyişiklikləri qəbul ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu