Aqil Acalov "Motivator"da - "Uğur yoluna 50 AZN əmək haqqı ilə"




"Motivator"layihəsi Azərbaycanda hər sahədə olan uğur qazanmış şəxslərin iş prinsipi və uğur hekayəsini işıqlandırmaqdadır.



Layihənin bu dəfəki qonağı iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai xadim, Azərbaycan Braziliya Ciu-Citsu İB və Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalovdur. Dövlət qulluğu və idman kimi fərqli istiqamətlərdə şaxələnən fəaliyyəti barədə danışan qonaqla şəxsi inkişaf üçün insanın özünə müəyyən etdiyi meyarlar və onun uğura gedən beş addımı haqqında fikir mübadiləsi aparılıb. İnsanın əsas mənəvi dəyərlərindən birini tarixinə və soy kökünə bağlılıqda görən Aqil Acalov eyni zamanda müasir dünyada müasir Azərbaycan gəncliyi və qloballaşan dünyəvi məsələlərə yanaşma barəsində fikirlərini bölüşüb.

Çox maraqlı sujet xətti olan verilişə "Motivator" Azerbaijan youtube kanalında baxa bilərsiniz!

Adından da məlum olduğu kimi "Motivator"layihəsi - insanları hər zaman məqsədlərinə çatmağa yönləndirir və heç vaxt geri çəkilməməyə səsləyir.Əsas məqsəd Azərbaycanda biznesin inkişafı,”startup” layihələrə dəstək,gələcəkdə böyük kütlələr üçün motivasiya və planlama təlimləri keçmək həmçinin forumlar təşkil etməkdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu