Deputat: “Vətəndaşın torpaq sahəsi varsa, ona 250 manat versək, tənbəlləşəcək"




"Mən də xoş söz deyə bilərəm. Amma biz reallığı deməliyik. Əgər vətəndaşın torpaq sahəsi varsa, ona 250 manat versək, tənbəlləşəcək, çalışmayacaq”.

AFN-in Pravda.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, vətəndaş torpaq sahəsində çalışsa, 250 manatdan da çox fayda vermiş olar: "Belə olan halda, özünü çox rahat hiss edəcək. İndi həmin vətəndaş torpaqdan istifadə edə bilmirsə, dövlət onu işsiz kimi qeydiyyata alır və birdəfəlik ödəmə verir. Biz müvəqqəti hal üçün olan prosesi ümumiləşdirməməliyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu