Əfqanıstanda 19 hərbçi öldürülüb, 7-si yaralanıb




Əfqanıstanda “Taliban” silahlıları ilə atışma nəticəsində 19 hərbçi ölüb, 7-si yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın rəsmi orqanları yayıb.

Bildirilib ki, Əfqanıstan təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı ölkənin şimalında yerləşən Sari-pol əyalətində "Taliban"la toqquşmada ölüb.

Daha 8 hərbçi isə Loqar əyalətinin Aynak mis mədəninin nəzarət-buraxılış məntəqəsinə "Taliban" silahlılarının hücumu nəticəsində həlak olub.

Qəndahar əyaləti Polis İdarəsindən bildirilib ki, bu silahlı birləşmənin bir neçə nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 7 hərbçi yaralanıb, 31 “Taliban”çı öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu