Azərbaycanda indiyədək koronavirusa yoluxan 1 518 nəfərdən 907-si sağalıb
Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 1 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 907 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.