ABŞ-da prezident seçkisi təxirə salına bilər




Donald Tramp koronavirusa görə ABŞ-da prezident seçkisini təxirə sala bilər.

Bunu ABŞ-ın keçmiş vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd Co Bayden bildirib.

“Mənin dediklərimi yadda saxlayın. Fikrimcə, o, hansısa formada seçkini yubatmağa, bunun üçün müxtəlif səbəblər göstərərək təxirə salmağa cəhd göstərəcək”

Qeyd edək ki, ABŞ-da noyabrın 3-də prezident seçkisi keçiriləcək. Donald Tramp Respublikaçılar Partiyasının namizədi olaraq yenidən prezidentliyə namizəddir.//“Report”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu