Azərbaycanın baş infeksionisti: "Payızda koronavirus yenidən qayıda bilər"
"Payızda bizi yenidən karantin həyatı gözləyə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev elm dünyasının tanınmış simalarının ikinci koronavirus dalğasının gələ biləcəyi ilə bağlı xəbərdarlığını şərh edərkən deyib. İnfeksionist may aylarında virusun tamamilə öləcəyini deyib:
"Koronavirus mövsümü xəstəlikdir. Yay aylarında çəkiləcək, soyuqlar düşəndə yenidən yayılacaq. May ayının ortalarında virus sönəcək. Yay aylarında ölkədə sakitlik olacaq. Havalar soyuyan kimi virusun yenidən baş qaldırma ehtimalı var. Həmin vaxt indiki kimi tədbirlər görməliyik, ya da qismətimiz gətirər ki, uimmunitet güclü olduğundan koronavurus adi qrip şəkilində yayıla bilər. Biz artıq belə karantin qaydalarına öyrəşmişik. İkinci dalğada müəyyən qədər bizim üçün rahat olar. Bizi yenidən karantin həyatı gözləyə bilər. Yaxud da yay aylarına virusa qarşı peyvənd hazır olar, ondan istifadə edib yoluxmarıq".
Cəlal İsayev dünya alimlərinin verdiyi açıqlamalara ciddi yanaşmadığını qeyd edib: "Ola bilsin ki, onların fikiri kommersiya məqsədi daşıyır. Belə bir açıqlama da verirlər ki, insanlar peyvənd olunsunlar”.
Qeyd edək ki, elm dünyasının tanınmış simaları payızda qrip mövsümünün başlaması ilə ikinci koronavirus dalğasının gələ biləcəyi haqda xəbərdarlıq edib.