Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxmanı üstələdi




Bu gün Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxanların sayını üstələyib.

"Report" xəbər verir ki, aprelin 24-nə olan məlumata əsasən, bu ölkədə gün ərzində koronavirusa yoluxanların sayı 3 122 nəfər təşkil edib.

Eyni zamanda sutka ərzində 3 246 nəfər COVID-19-dan sağalıb.

Qeyd edək ki, Türkiyədə indəyədək koronavirusa yoluxanların sayı 104 912 nəfərdir. İndiyədək 21 737 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb, koronavirusdan ölənlərin ümumi sayı isə 2 600 nəfərə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu