Vaqif Aydınoğlu Tanrıverdi Mustafayevin yerinə təyin olunub? - AÇIQLAMA
ATV telekanalındakı vəzifəsindən ayrılan jurnalist Vaqif Aydınoğlunun "Azərişıq” ASC-nin mətbuat xidmətinə rəhbər təyin olunması ilə bağlı məlumatlar yayılıb.
Modern.az məsələ ilə bağlı "Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. T.Mustafayev məlumatın doğru olmadığını və hazırda işinin başında olduğunu bildirib.
Saytın əldə etdiyi məlumata görə, jurnalist Vaqif Aydınoğlu "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə müavin təyin edilib. Amma hələlik onun təyinatı ilə bağlı əmr verilməyib. Həmçinin yaxın günlərdə "Azərişıq” ASC-də sturktur islahatları aparılacağı, qurumda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılacağı bildirilir.
T.Mustafayevin İctimaiyyətlə əlaqələr şöbəsinənin rəhbəri, V.Aydınoğlunun isə mətbuat katibi təyin olunacağı qeyd edilir.