Tanrıverdi Mustafayev “Azərişıq” ASC sədrinin müşaviri təyin edilib




“Azərişıq” Açıq Səhmdar Cəmiyyətində növbəti kadr dəyişikliyi olub.



Bu barədə müvafiq əmri “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov imzalayıb. Əmrə əsasən, Tanrıverdi Mustafayev “Azərişıq” ASC sədrinin müşaviri təyin edilib. Qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə telejurnalist Vaqif Aydınoğlu təyinat alıb.

T.Mustafayev məlumatı məlumatı təsdiqləyib: “Vəzifəmin ilk icrasına regionda başladım. Hazırda Tovuz rayonundayam. Regionlarda elektrik enejrisi şəbəkəsinin yenidənqurulması işləri ilə tanış olmaq üçün bu rayona gəlmişəm. Mənə göstərilən böyük etimada görə başda sədrimiz Vüqar Əhmədov olmaqla bütün rəhbərliyimizə minnətdaram. Çalışacam ki, bu etimadı doğruldum”.

Qeyd edək ki, V.Aydınoğlu bu təyinata qədər ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru olub.(salamnews.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu