Gürcüstanda koronavirusa yoluxanların sayı 511-ə çatdı




Gürcüstanda koronavirusa yoluxanların sayı 14 nəfər artaraq 511-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19 infeksiyasından 156 nəfər sağalıb, 6 nəfər isə ölüb.

Hazırda ölkə üzrə karantində 5 107, stasionar nəzarətdə isə 534 nəfər saxlanılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu