Gürcüstanda koronavirusa 539 nəfər yoluxub, 178-i sağalıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 22 nəfər artaraq 539-a çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
İndiyədək COVID-19-a yoluxanların 178-i sağalıb, 6-sı isə ölüb.
Karantində 5 256, stasionar nəzarətdə isə 548 nəfər saxlanılır.