Almaniyada koronavirusa yoluxanların sayı 157 mini ötdü
Almaniyada ötən sutkada 1 304 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Almaniyada qeydə alınan yoluxma hallarının sayı 157 641-ə yüksəlib.
Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 202 nəfər artaraq 6 115-ə çatıb. Ölkədə sağalanların ümumi sayı isə 120 000-i ötüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 138 000-i ötüb. Bunların 956 064 nəfəri sağalıb, 218 010 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.