Almaniyada koronavirusdan ölənlərin sayı 4,4 mini ötdü
Almaniyada daha 110 nəfər koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Almaniyada virusdan ölənlərin sayı 4 404-ə çatıb.
Yoluxma faktlarının sayı da daha 1 775 artaraq 141 672-yə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 407 000-i ötüb. Bunların 625 202 nəfəri sağalıb, 165 073 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.