Məhbuslar “vor zakon”u döydü




Separatçı Abxaziya bölgəsində məhbuslar həbsxanada “Tenqulaş Suxumski" ləqəbli kriminal avtoritet Tengiz Lakerbayanı döyüblər.



Virtualaz.org “Prime Crime” saytına istinadən xəbər verir ki, “vor zakon”u məhbusların keçirdiyi aclıq aksiyası zamanı xəlvəti yemək yediyinə görə döyüblər.

Belə ki, iki həftə əvvəl Abxazyanın kriminal aləminin lideri Raul Bartsba (“Pza”) həmin “Tenqulaş Suxumski”yə və digər “vor zakon” Nanikə, habelə Suxumi üzrə "smotryaşiy” Gennadi Adleybeyə ölüm hökmü çıxarıb. Onları qudautulu “vor”lar Alxas Avidzba və Astamur Şambanın güllələnməsində təqsirli bilirlər. Həmin qətl ötən ilin noyabrında baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu