Sərhədlər yayda da açılmaya bilər -
"Yaxın aylarda böyük dövlətlər arasında sərhədlərin açılacağını gözləmirəm”.
Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, koronavirus pandemiyası bəzi ölkələrdə azalmağa başlasa da, böyük dövlətlər arasında bağlanan sərhədlərin açlıması hələ tezdir:
"Çünki dövlətlər ehtiyat edirlər ki, sərhədlər açılsa, ikinci dalğa başlaya bilər. Gediş-gəliş artacaq, nəticədə virus yenidən yayılacaq. Bu baxımdan yaxın aylarda sərhədlərin açılacağını gözləmirəm. Hətta yay aylarında da ola bilsin ki, sərhədlər acılmasın, ümumiyyətlə, bu il müxtəlif dövlətlər arasında gediş-gəliş olmasın. Ancaq ticarət mübadiləsi davam edəcək”.
Elxan Şahinoğlu qeyd edib ki, bu il turizm üçün itirilmiş il hesab olunur.