Gorus istiqamətində də vəziyyət gərginləşib... -
"Ermənistanda xaos uzun müddət davam edəcək".
Bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Ermənistan üçtərəfli bəyanatı yerinə yetirmək məcburiyyətindədir: "Ermənilər torpaqlarımızı işğal edəndə anlamırdılar ki, nə vaxtsa onu geri qaytarmalı olacaqlar və sərhədlər müəyyənləşməlidir. İndi sərhədlər müəyyənləşir. Bunun üçün də hay-həşir salırlar bizim sərhədlər onların hava limanına yaxınlaşır. Bu bizim problem deyil, onların problemidir. Bunu onların özü düşünməli idi. İndi bəyanatı yerinə yetirmək məcburiyyətindədirlər. Paşinyan da bu bəyanatı yerinə yetirir. Söhbət təkcə bizimlə imzalanan bəyanatdan getmir, prosesdə Rusiya da var".
Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan bəyanatı yerinə yetirməsə, Rusiya ilə üz-üzə qalacaq: "Paşinyan da bölgəyə gəlir ki, insanları sakitləşdirsin. Amma qarışıqlıq artmaqdadır. Yerevanın özündə qarışılıq davam edir. Gorus istiqamətində də vəziyyət gərginləşib. Bu vəziyyətdən Paşinyanın necə çıxacağı sual altındadır. Amma hələ onu devirmək mümkün deyil. Müəyyən tərəfdarları var".