Mesut Özildən nümunəvi addım - Minlərlə insanı sevindirdi




İngiltərə Premyer Liqası komandalarından olan "Arsenal"da oynayan türk əsilli yarımmüdafiəçi Mesut Özil Türkiyə Qırmızı Aypara Cǝmiyyǝtini “dərdlər paylaşdıqca bitər, yetər ki, buna inan” şüarı ilə həyata keçirilən yardım kampaniyasına qoşulub.

Publika.az xəbər verir ki, futbolçu ehtiyac sahibləri üçün 713 min lirə (təxminən 172 min manat) kömək edib.

Qeyd edək ki, ötən il ailə həyatı quran Mesut Özil toy yeməyindən əldə olunan gəliri Türkiyə Qırmızı Aypara Cəmiyyətinə bağışlayaraq, 16 min insana dəstək olmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu