Koronavirusa ikinci dəfə yoluxma ilə bağlı araşdırmanın nəticələri açıqlandı
Koronavirusdan sağalan xəstələrin sayının artıması virusun insana ikinci dəfə keçib-keçməməsi ilə bağlı müzakirələrin genişlənməsinə səbəb olub.
“Report” “Sky News”a istinadən xəbər verir ki, Cənubi Koreya alimləri bununla bağlı apardıqları araşdırmanın nəticələrini açıqlayıblar.
Tədqiqatı Cənubi Koreyanın Xəstəlikləri Qabaqlama və Nəzarətetmə Mərkəzinin araşdırmaçıları aparıb.
Araşdırmanın nəticələrinə görə, ölkədə koronavirusa ikinci dəfə yoluxduğu iddia edilən 277 nəfər, əslində, virusa yoluxmayıb.
Məlumata görə, həkimlər yanlışlıqla həmin şəxslərin koronavirus testinin pozitiv çıxdığı qərarına gəliblər.
Bütövlüklə sağalan bu şəxslərin test nəticələrinin pozitiv çıxmasının səbəbi orqanizmdəki ölmüş virusların parçacıqlarından qaynaqlandığı ehtimal olunur.
Araşdırmaçılara görə, ikinci testlər virusun canlı və ya ölü olub-olmadığını ayırd edə bilmir və bu üzdən yanlış sonuclara yol aça bilər.