Ermənistan əhalisinin sayı 30 ildir üç milyona çatmır




Ermənistan əhalisinin sayı azalıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Respublikanın Statistika Komitəsi yayıb.

Bildirilib ki, 2011-ci ildə keçirilən əhalinin siyahıyaalınması hesabatına əsasən, 2020-ci il yanvarın 1-də Ermənistan əhalisinin sayı 2 959 500 nəfər olub.

Bu isə 2019-cu ilin uyğun dövrü ilə müqayisədə 5 600 nəfər azdır.

Xatırladaq ki, Ermənistan əhalisinin sayı 30 ildir üç milyona çatmır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu