Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı bilindi - RƏSMİ




"Türkiyədə yaşayan 11 azərbaycanlı koronavirusuna yoluxub".

Bunu "Report"un yerli bürosuna Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxan həmvətənlərimizdən 6-sı sağalaraq xəstəxanadan evə buraxılıb: "Hazırda digər 5 nəfərin müalicəsi hələ də davam edir. Onların vəziyyəti sabitdir".

X.İbrahim səfirlik işçilərinin mütəmadi olaraq onlarla əlaqə saxladığını və bütün lazımı dəstəyi verdiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu